Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlamağa mane olan 9 sağlam qida

  • 2024.04.02 16:16
  • 1356 Baxış
Arıqlamağa mane olan  9 sağlam qida
Bəzi qidalar arıqlamaq üçün ideal seçim kimi görünsə də, onlardan müntəzəm istifadə əks təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, bu barədə 3 dietoloq “Daily Mail”ə danışıb.

Dietoloqların fikrincə, sağlam qidalardan bəziləri qısa müddətdə yenidən aclıq hissi yaratdığı üçün kökəlməyə səbəb olur. Onlar əsas problemin isə daha ciddi olduğunu bildirirlər. Dietoloqlar insanların sağlam qidaların kalorisinə əhəmiyyət vermədiyini və bu səbəblə də həddən artıq yediklərini diqqətə çatdırıblar.

“Arıqlama səyahətində olan hər kəs əsas qaydaları bilir: zərərli yeməklərdən, şəkərli içkilərdən və şirniyyatlardan uzaq durmaq lazımdır. Sağlam qidalandığınız halda son bir neçə kilonu ata bilmirsinizsə, çəki itirməkdə çətinlik çəkirsinizsə, çox güman ki, bunun səbəbi sağlam olduğu üçün bol miqdarda yediyiniz qida qruplarıdır”, - “Meals that Heal” (“Sağaldan yeməklər”) kitabının müəllifi Kerolin Uilliams deyir.

O, qeyd edib ki, burada əsas məsələ toxluqdur:

“Qurudulmuş meyvələr sağlam seçim kimi görünə bilər, lakin insanlar belə qidaları həddən artıq yeməyə meyillidirlər. Salatlar da onlara əlavə edilən souslardan asılı olaraq arıqlamağın qarşısındakı maneyə çevrilə bilər. İnək südü əvəzinə badam südünün seçilməsi də cazib seçimdir, çünki onun kalorisi daha azdır, lakin badam sütünə şəkər əlavə edilməsi və zülaldan məhrum olması nəzərdən yayınır”.

Dietoloqlar bu baxımdan sağlam olsa da, arıqlamağı çətinləşdirən qidaları belə sıralayıblar:

- İdman içkiləri

- Smuzilər

- Taxıllı, hazır səhər yeməkləri

- Meyvə quruları

- Pendir növləri

- Bitki əsaslı südlər

- Təbii meyvə şirələri

- Restoran salatları

- “Granola bar”lar



Aysel