Nar ekstraktı arıqlamağa kömək edə bilər.
“Medicina” xəbər verir ki, Edinburq Universitetinin alimləri nar yarpağı ekstraktı və nar şirəsinin istehlakının toxluq və məmnunluq hisslərini artırdığını sübut ediblər.
Bu, yemək istəyini azaldır və çəki itkisinə səbəb ola bilər.
Tədqiqatın müəllifləri nar yarpağı ekstraktı və nar şirəsi tərkibli Alman əczaçılıq şirkətinin kapsulalarının effektivliyini qiymətləndiriblər. Onların toxluq hisslərinə və qida istəyinə təsiri müəyyən edilib.
Bu kapsulaların üç həftədən sonra yeməkdən əvvəl və bir günlük tədqiqatdan sonra gündəlik istifadəsi ilə daha aşağı aclıq səviyyəsi aşkar edilib. Bir qrupda toxluq hissi plasebo qəbul edən digər qrupla müqayisə edilib.
Nar yarpağı ekstraktı və nar şirəsi qəbul edənlər yeməkdən 30 dəqiqə sonra özlərini daha tox hiss etməyə və yeməyin daha ləzzətli olduğunu aşkar ediblər.
Tədqiqatın nəticələri effektiv piylənmənin qarşısının alınması strategiyalarının hazırlanmasında faydalı ola bilər.
Nar aclığı azaltmağa və həddindən artıq yeməyin qarşısını almağa kömək edə bilər.
Nar yarpağı ekstraktı və nar suyu artıq kommersiya məqsədləri üçün mövcuddur. Onların heç bir yan təsiri olmadığı görünür. Buna görə də, onlar artıq çəki və piylənmənin qarşısının alınmasında istifadə oluna bilər.
Aygün Musayeva