Arıqlamaq istəyənlərin etdiyi ən yayğın səhvlərdən biri yalnız kaloriləri azaltmaqdır.
Medicina.az xəbər verir ki, mütəxəssislər lif qəbuluna da diqqət etməyi tövsiyə edir.
Liflə zəngin qidalar daha uzun müddət toxluq hissi yaradır və qəlyanaltı istəyini azalda bilər. Böyüklər üçün gündə təxminən 25–35 qram lif qəbul etmək məsləhət görülür.
Bunun üçün rasiona tərəvəz, meyvə, yulaf, paxlalılar, tam taxıllar və çərəzlər əlavə etmək tövsiyə olunur. Lif miqdarı tədricən artırılmalı və kifayət qədər su içilməlidir.
Xanım,
Medicina.az