Arıqlamaq üçün hansı saatda yemək lazımdır?

  • 2022.10.11 15:17
  • 1745 Baxış
Arıqlamaq üçün hansı saatda yemək lazımdır?

Amerikalı alimlər qidanın optimal vaxtının çəki azalmasına təsir etdiyini bildirir.


"Medicina" xəbər verir ki, gec saatlarda yemək güclü aclıq hissi artırır.

Alimlər 16 könüllü üzərində eksperiment aparıb.

Onları 2 qrupa bölüb, eyni yeməklər veriblər.

Bir qrup günün başında bu yeməyi yeyib, digər qrup 4 saat sonra.
Birinci qrup axşam yeməyini saat 5-5 atası yeyib, ikinsi isə saat 9-da.

Onlar yeməkdən neçə saat sonra aclıq hissi keçirdiklərini qeyd ediblər.

Daha sonra onların qan analizi, bədən çəkisi və s. yoxlanılıb.

Məlum olub ki, yeməyi gec yeyənlərdə aclıq 2 dəfə çox və tez yaranıb.

Birinci qrupda isə toxluq uzun müddət çəkib.

Buna görə də ikinci qrupun çəkisi və piy toxumasında artım olub.

Arıqlamaq üçün yeməyi axşam saat 6-da bitirməlisiz. Ağır yeməkləri günün birinci yarısı yeyin.

Aygün Musayeva