Arıqlamaq üçün hansı saatlarda yemək lazımdır?

  • 2022.10.18 10:10
  • 2036 Baxış
Arıqlamaq üçün  hansı saatlarda yemək lazımdır?
Alimlər arıqlamaq üçün optimal yemək vaxtını tapıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq çəkili 16 könüllü üzərində aparılan təcrübə göstərib ki, gec yemək aclıq hissini artırır.


Belə ki, təcrübə iştirakçıları qruplara bölünüb və eyni yeməkləri yemək təklif edilib. Bir qrup səhər tezdən, digəri isə 4 saat sonra yemək yeyib. Beləliklə, birinci nümunədən olan könüllülər səhər doqquzda, günorta birdə və axşam beşdə, ikinci qrup isə günorta birdə, axşam beşdə və doqquzda yeyblər.


İştirakçılardan nə vaxt aclıq hiss etdiklərini və ya iştahlarının olduğunu qeyd etmələri istənilib. Vəziyyətlərini obyektiv izləmək üçün insanların qan testləri, yağ toxumasından nümunələr götürüb, bədən istiliyini və enerji istehlakını ölçüblər. Məlum olub ki, gec yemək yemək toxluqdan məsul olan leptin hormonunun azalması səbəbindən aclıq ehtimalını iki dəfədən çox artırıb. Bununla belə, tibbi araşdırmalar göstərdi ki, ikinci qrupdakı iştirakçılarda yağda daha aydın artım, həmçinin daha yavaş kalori yanması (təxminən 60 az kalori) var.

Sonda isə tədqiqatçılar belə nəticəyə gəliblər ki, aclıqla mübarizə aparmaq üçün günün erkən saatlarında yemək lazımdır.