Aritmiya insanı öldürürmü? - Hansı hallarda müalicə etmək lazımdır

  • 2021.12.03 18:06
  • 4364 Baxış
Aritmiya insanı öldürürmü? -  Hansı hallarda müalicə etmək lazımdır
Aritmiya ürək ritminin pozulmasıdır. Xəstələrdə ürək vurğusu 120-ni keçir. Həkimlərin sözlərinə görə, özlüyündə aritmiya xəstəni öldürmür, amma onun həyatına çox mane olur, vaxtından əvvəl ölüm riski yaradır.

Aritmiya əksər hallarda xoşdavranışlı olur.

Medicina.az xəbər verir ki, rusiyalı kardioloq Kira Pisarevskaya hansı halda aritmiyanın müalicə edilməli olduğunu açıqlayıb.

“Aritmiologiya – kardiologiyada ən mürəkkəb, mübahisəli sahədir. Hələ ki, ekspertlərin yekdil filri yoxdur. Bu xəstəlikdir, xoş pozuntudur, müasir reallıqdır, ürəyin normasıdır?

Aritmiya demək olar, bütün ürək-damar problemlərimdə meydana çıxıb, birinci ilk ürək diaqnozu ola bilər.

Aritmiyada ürəkdə hansı dəyişikliklər olur:

- Ürək döyünməsinin tezliyi artır – ürək çox və ya asta döyünür
- Ritmin özü pozulur, ritmik vurğu olmur
- AB düyünü impulsu mənbəyi- impulsun davranışı dəyişir
- Mədəciklər arası əlaqənin pozulması

Aritmiyanın müalicəsi çox ehtiyatla, xəstəyə uyğun seçilməlidir. Çünki hər aritmiyanı müalicə etmək lazlm gəlmir.

Aritmiyanın yaranma mexanizmindən asılı olaraq, müalicə dəyişə biər. Lakin heç bir əlamət dəqiq bildirmi ki, bu aritmiya xəstə üçün təhlükəlidir, ya norma. Burda əsas sual budur: xəstəni müalicə etməyə dəyər, yoxsa müalicə əksinə vəziyyəti daha da pisləşdirəcək? Xəstə özünü çox pis hiss edirsə, normal işinə davam edə bilmirsə, bəzi simptomları yaxşılaşdırmaq lazımdır.

Aritmiyanı bu hallarda mütləq müalicə etmək lazımdır

- O ümumilikdə ürək sisteminə mənfi təsir edir
- Orqanların qanla təminatını pozur
- Xəstəni çox halsız edir

Aritmiyaya qarşı dərmanlar həyat keyfiyyətini yaxşılaşdıra bilər, amma bu dərmanların əks təsiri də çoxdur. Xəstə özbaşına aritmiyam var deyib, özü dərman alıb içməməlidir. Çünki bəzən aritmiyanı müalicə etmək fəsadlar verir.