Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arnold Şvartsneggerin 100 yaşlı məşqçisi

  • 2025.05.20 15:28
  • 98 Baxış
Arnold Şvartsneggerin 100 yaşlı məşqçisi



Arnold Şvartseneggerin 100 yaşlı məşqçisi, veteran bodibilder Endrü Bostinto hələ də güclü bədəni və sağlamlığı ilə diqqət çəkib.

"Medicina" xəbər verir ki, Bütün zəruri tibbi müayinələrdən keçən Endrü Bostinto ABŞ-nin Florida ştatında keçirilən güc idmanı yarışında əla fiziki hazırlığını nümayiş etdirib.

O, 100 yaşa çatmasının sirrini açıqlayıb.

"Heç vaxt tənbəllik etmək olmaz. İnsan özünə inanmalı və müəyyən bir rejimə əməl etməlidir".

100 yaşlı Endrünün gündəlik rejiminə güc məşqləri, kardio və ciddi pəhriz daxildir. Həkimlərin sözlərinə görə, onun fiziki göstəriciləri 65 yaşlı şəxsin səviyyəsinə uyğundur.

Əldə etdiyi uğurlara görə Bostinto əvvəlki rekordçu - 92 yaşlı Cim Arrinqtonu geridə qoyaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Arrinqton 1968-ci ildən Şvartseneggerin müəllimi olub.