Artıq çəkisi ilə məşhur olan model ana oldu

  • 2022.01.13 16:56
  • 2322 Baxış
Artıq çəkisi ilə məşhur olan model ana oldu

34 yaşlı model Eşli Qrim əkiz oğlan uşaqlarını dünyaya gətirib.

Medicina.az xəbər verir ki, standartdan kənar ölçüsü və bədəni ilə tanınmış modelə çevrilən, eyni zamanda aktiv qadın Eşlinin 1 yaşında oğlu da var.

Top model müxtəlif illərdə kişilər arasında ən gözəl bədənli qadın sorğusunun qalibi olub.

O ana olduqdan sonra artıq çəkili bədənini çılpaq göstərməkdən də çəkinməyərək, hamiləlikdən sonra qadınları kompleksə düşməməyə ruhlandırıb.