" Arzu etməsək də, növbəti dalğanın noyabr-dekabrda olma ehtimalı var" - Rəşad Mahmudov

  • 07 Okt 2021 15:34
  • 1276 Baxış
" Arzu etməsək də, növbəti dalğanın noyabr-dekabrda olma ehtimalı var" -  Rəşad Mahmudov
Koronavirusun hər bir dalğasının başlanğıcı olduğu kimi, sonu da var və 6 həftəlik proseslərdən sonra gedişat sönməyə başlayır. Bu gün ölkəmizdə növbəti dalğanın sönməsi hər birimizi sevindirir.

Medicina.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib
Deputat bildirib ki, xəstəxanalarda xəstə yükü azalmağa başlayıb, günlük ölüm sayları getdikcə azalır:

“Amma unutmamaq lazımdır ki, pandemiya davam etdiyi müddət ərzində hər ölkədə bəlli aralıqlarla növbəti dalğalar olacaq və payız aylarında qripal infeksiyaların çoxalması gözləniləndir. Arzu etməsək də, növbəti dalğanın noyabr-dekabr aylarında olma ehtimalı var.

Bunu nəzərə almamaq və ya buna qarşı əks fikrə düşmək sadəlövhlük olar. Bunu nəzərə almaq həm də ona görə lazımdır ki, indidən peyvənd olunmayanlar zamanında peyvənd olunsunlar ki, peyvənd olunduqdan sonra istənilən bir dalğa qarşısında yoluxsalar belə, qorxmadan evlərində sadə üsullarla, evlərdə hər hansı bir təhlükəli dərman istifadə etmədən bu xəstəliklə mübarizəni stressiz bir şəkildə həyata keçirə bilsinlər. Hər birimizə bu xəstəliklərdən uzaq, sağlam və təhlükəsiz həyat arzulayıram”.