Aspirin, kardiomaqnili özbaşına içmək beyin qanaması verə bilər- Kardioloq

  • 2022.04.04 15:09
  • 3188 Baxış
Aspirin, kardiomaqnili özbaşına içmək beyin qanaması verə bilər - Kardioloq

Xüsusilə pandemiya dövründə aktuallaşan qan durulducu dərmanların (aspirin kardio, kardiomagnil, trombopol və s.) həkim göstərişi olmadan istifadəsi düzgün deyil.

Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, "qanım duru olsun, infarktdan qorunum" düşüncəsi ilə sağlamlığımızı ciddi təhlükəyə atırıq. Aspirinin bu cür nəzarətsiz qəbulu qanaxma riskini artırır. Bu, xüsusilə mədə qanaması, beyin qanaması riskini artıraraq həyati təhlükə yarada bilər.

Qan durulducular kimə təyin olunur?

- təsdiqlənmiş ürək-damar xəstəliyi olanlara;
- miokard infarktı keçirmiş xəstələrə;
- ürək damarına stent implantasiya olunmuş xəstələrə;
- aorta-koronar şuntlama kimi açıq ürək əməliyyatı olunmuş xəstələrə;
- yüksək riskli şəkər xəstələrinə.

"Aspirin və bu kimi qanduruldan dərmanlar yalnız həkim təyinatı əsasında istifadə edilməlidir", - deyə həkim xəbərdarlıq edib.