Asqırmaq istəyəndə saxlamaq təhlükəlidir - Həkim

  • 2022.10.12 15:04
  • 1393 Baxış
Asqırmaq istəyəndə saxlamaq təhlükəlidir  - Həkim

Çox insanlar burnu qıcıqlanıb ürəkdən asqırmaq istəyi gələndə onu saxlayır.

"Medicina" xəbər verir ki, həkimlər bu hərəkətin səhv olduğunu bildirir.

Asqırmaq orqanizmin təbii müdafiə refleksidir. Bu zaman burunda, tənəffüs yolunda yad cisim, maddə, toz xaric olur. Asqırmaq xüsuslə beyin üçün faydalıdır.

Əgər bunun qarşısını alsaq, orqanizm üçün təhlükəli ola bilər.

İnsan 3 halda asqırır:

- Allergik reaksiyaya görə
- Burun tollarına virus, infeksiya düşəndə
- Selikli qişanın mexaniki zədələnməsi zamanı və tüstüdən

Asqırmaq bu maddələrin daxilə keçməsinin qarşısını alır.

İnsan üçün asrıqmağın sayı yoxdur. Əgər normadan artıq, məsələn, gündə 10-20 dəfə və ya ard-arda asqırırsa, artıq həkimə getmək lazımdır.

Ağızı bağlayıb, gizli,daxili asqırmaq kəllədaxili təzyiqə səbəb ola bilər.
Bu zaman baş ağrısı, qulaq tutulması və beyinə qansızma ola bilər".

Aygün Musayeva