"Atam Allah vergisi olan həkim, müdrik və incə insandır"- Oqtay Şirəliyevin qızı nazirin üzə çıxmamasından danışdı

  • 2020.04.01 16:14
  • 3206 Baxış
"Atam Allah vergisi olan həkim, müdrik və incə insandır" - Oqtay Şirəliyevin qızı nazirin üzə çıxmamasından danışdı
“Birmənalı cavab vermək istərdim: Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə”.

Medicina.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərmin Şirəliyeva deyib.


“Bu sözləri qızı kimi deyil, obyektiv gerçəkliyi görməyi bacaran bir yetkin peşəkar insan kimi söyləyirəm. Qızı kimi isə onun haqqında ancaq sonsuz sevgimdən danışa bilərəm. Media haqqında isə şəxsi müşahidəmi əlavə edə bilərəm. Bu müşahidə mədəniyyət sahəsindəndir, hansı ki, medianı özündə ehtiva edir.

Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görünmək başqalarının işidir.

Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar” – N.Şirəliyeva qeyd edib.