Atam onkoloji xəstə idi. Onun istifadə etdiyi ağrıkəsici dərman yalnız bir həkimdə olurdu. Tez-tez ona zəng edirdim. Bir gün telefonu açıb dedi: "Nə olub, bezdirdin məni, yeyib-içməkdəyəm"
Medicina.az xəbər verir ki, bu sözləri aktyor İlkin Misgərli "Zarafat bir yana" proqramında deyib.
İlkin məşhur "Qılman həkim" obrazından, atasını müalicə edən həkimdən danışıb:
" Həkim dedi: "Nə olub, bezdirdin məni". Mən də cavab verdim ki, atamın vəziyyəti ağırdır, dərman yalnız səndə var, onu haradan tapaq? O isə "Sonra gələrəm" dedi. Həmin hadisədən sonra "Qılman Həkim" obrazını yaratdım. Anam dedi ki, həkimin adını birbaşa çəkmə, amma bu yolla qisasını al. Mən də həmin obrazı acığa yaratdım. Maraqlıdır ki, sonradan o həkim də eyni xəstəlikdən dünyasını dəyişdi".
Medicina.az