Atasının hekayəsi onu həkim etdi - FOTO

  • 2026.03.09 10:11
  • 85 Baxış
Atasının hekayəsi onu həkim etdi -  FOTO

Türkiyədə gənc qadın atasının xərçəngdən vəfat etməsindən sonra həkim olmaq qərarını verib.

Medicina.az xəbər verir ki, Kayseridə riyaziyyat müəllimi olan Əli Benderli (50) üç il əvvəl sidik kisəsi xərçəngindən vəfat edib. Uzun müalicə müddətində yaşadığı təcrübələrdən təsirlənən qızı İşıl Benderli həkim olmağa qərar verib. O, Tokat Universiteti Tibb Fakültəsinə daxil olub:

“O, həm atam, həm də müəllimim idi. Evdə, xəstəxanada və məktəbdə həyatını birbaşa gördüm. Onun həkimlərlə olan münasibətini görüb daim düşünürdüm: “Mən də həkim olmaq istəyirəm”. Düzü, ürəklərə toxunmaq və əzablara çarə olmaq istəyirdim".

Qeyd edək ki, Əli Benderlinin adı işlədiyi Bünyan Elm Liseyində yaradılmış kitabxanaya verilib.

Qızı ilə birlikdə kitabxananı gəzən həmin məktəbin biologiya müəllimi Zübeydə Benderli deyib:

“Həyat yoldaşım bu məktəb 2014-cü ildə açılandan bəri orada işləyirdi. O, bu məktəbdə işləyərkən vəfat etdi. Xəstəliyi zamanı belə məktəbdən uzaq durmaq istəmirdi. Heç vaxt xəstəliyini demirdi. Şagirdlərini laqeyd qoymadı”.

Aygün
Medicina.az