Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Autizm Assosiasiyası tərəfindən “Autizmli Şəxslərlə iş” adlı yeni layihənin icrasına başlanılıb.
Medicina.az xəbər verir ki, layihənin məqsədi autizmli şəxslərin sosiallaşmasına, təlim-tərbiyə prosesinə daha effektiv inteqrasiyasına və bu istiqamətdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.
Layihə çərçivəsində valideynlər, müəllimlər və psixoloqlar üçün maarifləndirici təlimlər, həmçinin autizm sahəsində beynəlxalq təcrübənin paylaşılması məqsədilə tədbilər keçiriləcək.
Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov bildirib ki, layihə autizmli uşaqlara dəstək sisteminin inkişafına, bu sahədə ictimai diqqətin artırılmasına və inklüziv cəmiyyətin formalaşmasına töhfə verəcək.