Avqustun 30-da Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

  • 2019.08.29 09:28
  • 4867 Baxış
Avqustun 30-da Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
Avqustun 30-da Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşlarla görüşəcəklər. Nazirliyin mətbuat xidmətindən medicina.az-a bildiriblər ki, Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini Şəki Mərkəzi Rayon Xəstəxanasında, Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.