Avropa Beynəlxalq Hospital-ın Fizioterapiya şöbəsi hərəkət sistemi problemlərinin aradan qaldırılması və bərpa prosesinin tibbi nəzarət altında aparılması məqsədi ilə fəaliyyət göstərir. Şöbədə reabilitasiya xidmətləri funksional bərpanı sürətləndirməyə və pasiyentlərin gündəlik aktivliyə təhlükəsiz şəkildə qayıtmasına yönəlib.
Medicina.az xəbər verir ki, Fizioterapiya şöbəsində müalicə və reabilitasiya prosesləri BTL Super İnduktiv Sistem cihazı (SIS), 2 kanallı elektroterapiya cihazı, Continuous Passive Motion cihazı (CPM), maqnit terapiya cihazı, BTL fokuslanmış şok dalğası terapiyası cihazı, ultrasəs cihazı, BTL yüksək intensiv lazer, BTL Tecar terapiya cihazı, traksiya cihazı və Compex vasitəsilə həyata keçirilir.
Şöbədə göstərilən tibbi xidmətlər bel və boyun ağrıları, onurğa problemləri, oynaq xəstəlikləri və oynaq ağrıları zamanı reabilitasiyanı əhatə edir. Bununla yanaşı, nevroloji xəstəliklərdən sonra bərpa dövrü, ortopedik əməliyyatlardan sonrakı reabilitasiya və pediatrik sahədə reabilitasiya ehtiyacı olan pasiyentlərə də xidmət göstərilir.
Fizioterapiya şöbəsində tibbi fəaliyyət Uzman Dr. Samir Cəlilov tərəfindən həyata keçirilir. Bu sahədə 10 ilə yaxındır fəaliyyət göstərən həkim fərqli klinik vəziyyətlərdə reabilitasiya proqramlarının planlaşdırılması və icrasında praktik təcrübəyə malikdir. Dr. Samir Cəlilovun yanaşması pasiyentin funksional vəziyyətinin qiymətləndirilməsinə və fərdi reabilitasiya planının formalaşdırılmasına əsaslanır.
Avropa Beynəlxalq Hospitalın Fizioterapiya şöbəsi müasir tibbi avadanlıqlar və peşəkar həkim nəzarətini birləşdirərək reabilitasiyanı pasiyentin həyat keyfiyyətinin bərpasına yönəlmiş əsas tibbi mərhələ kimi təqdim edir.
MEDİCİNA.AZ