Avropada COVID-19 qurbanlarının 95% -dən çoxu 60 yaşdan yuxarı insanlardır - ÜST

  • 2020.04.03 12:15
  • 910 Baxış
Avropada COVID-19 qurbanlarının 95% -dən çoxu 60 yaşdan yuxarı insanlardır -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin direktoru Hans Kluge, Avropada koronavirus infeksiyasına yoluxan insanların 95% -dən çoxunun 60 yaşdan yuxarı insanlar olduğunu deyib.

Risk qrupuna əsasən ürək-damar xəstəliyi, yüksək təzyiq və diabetdən əziyyət çəkən yaşlı insanlar daxildir.



Onun sözlərinə görə, yoluxmaların 50%-dən çoxun 80 yaşdan yuxarı insanların ölümü ilə nəticələnir. Ölən hər 10 adamdan 8-i isə bir və ya bir neçə xroniki xəstəliyi olan xəstələdir.

Kluge, bütün yaşlıların COVID-19 xəstəliyi riski altında olduğunu qeyd edib.

Təşkilatın məlumatına görə, son statistikaya əsasən Avropa Bölgəsində 30 098 nəfər koronavirusdan ölüb. Ölümlərin 90% -i İtaliya, İspaniya və Fransanın payına düşür.