Avropanı bu qış kiflənmə gözləyir

  • 2022.10.10 16:06
  • 1796 Baxış
Avropanı bu qış kiflənmə gözləyir

Avropada enerji və istilik krizisi evlərdə nəmişlik və kiflənməni artıracaq.

"Medicina" xəbər verir ki, Ambisense təşkilatı qışda isinmək üçün kömür və odundan istifadənin orqanizm üçün təhlükəli olacağını bildirib.

Bu, nəmişliyi artırıb, həssas qrup insanların astma bronxitdən əziyyət çəkməsinə səbəb olacaq.

Belə yanacaq havanı korlayacaq, uşaqlar arasında ciddi xəstəliklərin yayılmasına gətirib çıxarır.

Britaniyalılar ənənəvi odun kamin və peçlərinə keçəcək, bu da evlərdə kiflənməyə səbəb olacaq.

Kif təhlükəli xəstəliklərin səbəbidir.

Avropa Birliyi hələ gələn il ölkələri enerji böhranından çıxarmaq üçün 1,5 trilyon avro ayıracaq.

Aygün Musayeva