Avropanı son 100 ilin ən ağır qışı gözləyir - Baş nazir

  • 13 İyl 2022 17:07
  • 507 Baxış
Avropanı son 100 ilin ən ağır qışı gözləyir   -  Baş nazir


Qarşıdan gələn qış Avropa üçün son 60, hətta 80 ilin ən ağır qışı ola bilər.


Bakupost.az xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Kelemen Hunor bildirib.


"Biz Avropa Birliyi olaraq, Rusiyaya qarşı sanksiyaların nəticələrinə dözməliyik. Bu ən ağır qış olacaq, təəssüf ki, son 50-60 ilin ən soyuq qışını yaşayacağıq.

Hökumət ölkənin qaz tələbatının yalnız 80%-ni bazardan almaqla ödəyə biləcək. Bazardan 2 milyard kub qaz almaq planlayırıq".

O qeyd edib ki, Ukrayna ilə bağlı konflikt düşünüldüyündən də uzun çəkəcək, bu da Avropa üçün təsirsiz ötüşməyəcək.

Sanksiyalara ilə davam ediləcək, çünki əlimizdə başqa variantlar yoxdur.

Qeyd edək ki, Rusiya "Şimal axını" ilə qazın verilişini dayandırıb.


Aygün Musayeva