Avtobus, metro və məktəblərdə maska taxmaq məcburidirmi?

  • 2022.04.22 14:14
  • 1871 Baxış
Avtobus, metro  və məktəblərdə  maska taxmaq məcburidirmi?

Mayın 1-dən Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Bakupost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Eləcə də avtobus və metroda maska tələbi yoxdur. Lakin özünü qorumaq istəyən hər kəs maskadan yararlana bilər.