Avtobusda qalan çantadan sərvət çıxdı - FOTO

  • 2026.04.20 21:06
  • 180 Baxış
Avtobusda qalan çantadan  sərvət çıxdı - FOTO

Türkiyədə Diyarbəkirdə avtobusda içi qızıllarda dolu olan çanta tapılıb.

Medicina.az xəbər verir ki, Diyarbəkir Böyükşəhər Bələdiyyəsi avtobusundan istifadə edən bir vətəndaş, nəqliyyat vasitəsində qiymətli əşyalar olan çantanı unudub.



Çanta yazılı qeydlə sahibinə qaytarılıb. Nəqliyyat İdarəsinin tabeliyində fəaliyyət göstərən avtobusda unudulan çanta sürücü tərəfindən görülüb və Zümrütkənd Polis Bölməsinə təhvil verilib. Müraciətdən sonra Böyükşəhər Bələdiyyəsi rəsmiləri tədbir görüblər, itirilmiş çanta ilə bağlı məlumatı təsdiqləyib və sahibinə qaytarıblar.



İçində 12 bilərzik, 4 qızıl sikkəsi, 1 dörddəbir qızıl sikkə, 3 1 qramlıq qızıl sikkə, 1 zəncir, 2 uşaq sırğası və dörddəbir qızıl sikkə ilə birlikdə 1 saplı bilərzik olan çanta, yoxlama və təsdiqdən sonra əməliyyatın yazılı qeydi ilə birlikdə sahibinə qaytarılıb.

Aygün
Medicina.az