Yanvarın 26-da Məhyəddin Aydəmirov 53 saylı xətt avtobusunda olarkən qəfil halı pisləşərək ölüb. İlkin ehtimala görə, M.Aydəmirov infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, M.Aydəmirov 40 il Sumqayıt səhiyyəsində çalışıb. O, uşaq cərrahı kimi fəaliyyət göstərib.
Medicina,az xəbər verir ki, həkim 1993-2023-cü illərdə isə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb.
2023-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxan M.Aydəmirov Bakıda özəl klinikalardan birində uşaq cərrahı kimi fəaliyyət göstərirmiş.
"Unikal"ın məlumatına görə, M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
MEDİCİNA.AZ