İngiltərədə avtomobil qəzasında ölən və sağ qalan yeniyetmələr səhv salınıb.
Səhv oğlan komadan çıxdıqdan sonra aşkar edilib.
Medicina.az xəbər verir ki, İngiltərədə baş verən avtomobil qəzasında ölən və sağ qalan yeniyetmə səhv salınıb. 18 yaşlı Coşua Consonun valideynləri xəstəxanada bir neçə saat keçiriblər və həmin vaxt artıq ölmüş oğullarının sağalması üçün dua ediblər.
Cənubi Yorkşir polisi Consonun qəzadan sağ çıxdığını, 17 yaşlı Trevor Uinn və 17 yaşlı Luiz Skottun (maşın idarə edən) isə həlak olduğunu bildirib. Daha sonra məlum oldu ki, ağır xəsarətlər alan, lakin sağ qalan şəxs Conson deyil, Uin olub. Səhv Uin komadan çıxdıqdan sonra aşkar edilib. Sonrakı testlər mərhumun və sağ qalan yeniyetmələrin şəxsiyyətini təsdiqləyib.
"Daily Star" qəzetinin məlumatına görə, reanimasiyada olan yeniyetməni heç kim görməyib.
Konstablın köməkçisi Kolin Makfarleyn bildirib ki, hüquq-mühafizə orqanları bunun necə baş verə biləcəyini müəyyən etmək və oxşar vəziyyətlərin təkrarlanmamasını təmin etmək üçün sonrakı istintaqa kömək edəcək.
"Nələrdən keçdiyimizi və indi nələrdən keçdiyimizi sadəcə təsəvvür etmək mümkün deyil" - Consonun ailəsi qeyd edib.
Aygün Musayeva