Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Medicina.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Börü kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılar 1998-ci il təvəllüdlü F.Əliyev, 1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü
S.Şadmanovadır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.