İstanbulun Şişli rayonunda lüks bir avtomobil idarə edən bir kişi hərəkətləri ilə xəbər başlıqlarına çıxıb.
Medicina.az xəbər verir ki, Lamborghini Gallardo sürücüsü avtomobili idarə edərkən yola avro əskinaslarını səpələyib.
Şişlinin sıx tıxacında lüks idman avtomobilindən səpələnmiş pullar həm sürücülər, həm də piyadalar arasında təəccüb doğurub. Yolda avro əskinaslarını görən bəzi vətəndaşlar qısa bir ajiotaj yaradıblar.
Lamborghini Gallardodan pul səpələndiyi anlar ətrafdakı vətəndaşlar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb. İnanılmaz anlar tez bir zamanda diqqəti cəlb edib və görüntülər sosial mediada gündəm olub.
Aygün
Medicina.az