Axşam yeməyindən imtina təhlükəlidir

  • 2023.06.05 22:04
  • 2230 Baxış
Axşam  yeməyindən imtina təhlükəlidir
Şam yeməyinin qəbulu dayandırıldıqda, təhlükəli xəstəliklərin inkişafı üçün zəmin yaranır. Səhər, nahar və ya şam yeməyini atlatmaq, sağlamlığınız üçün zərərlidir.



“Medicina” xəbər verir ki, həkim – diyetoloq Oksana Dmitreyevanın sözlərinə görə, ən təhlükəlisi özünüzü axşam yeməyindən məhrum etməkdir.


“İdeal olaraq, yatmazdan 2-3 saat əvvəl yemək lazımdır. Daha gec olarsa, bədənin qida miqdarını emal etməyə və istirahətə uyğunlaşmağa vaxtı olmaya bilər. Bu o deməkdir ki, kökəlmək riskləri artır.


Boşqabdakı yeməkdən asılı olmayaraq, gec şam yeməyi, kortizol və melatonin istehsalının azalması da daxil olmaqla bir sıra metabolik dəyişikliklərə səbəb olur.


Çox gec yemək avtonom sinir sisteminin fəaliyyətini pozur, qaraciyər, əzələ və yağ toxuması kimi periferik toxumalarda insulinə həssaslığa və mədəaltı vəzi tərəfindən insulin istehsalına təsir göstərir.


Britaniya alimləri müəyyən ediblər ki, pəhrizin pozulması hipertoniya, qızdırma və istənilən vəziyyətdə pisləşmənin inkişafı üçün təhrikedici amildir. Yemək zamanının bir dəfə pozulması belə sağlamlığa böyük zərər verə bilər və diabet riskini artırır.

Həqiqətən, gec saatda nahardan sonra qan şəkərinin səviyyəsi kəskin şəkildə yüksəlir və bədənin onu sakit rejimdə emal etməyə vaxtı olmur”.


Günay Quluzadə