"Ayaqlarım tutulub, yeni şişlər var, çox pul lazımdır" - Əməkdar artist

  • 2023.01.12 15:56
  • 2216 Baxış
"Ayaqlarım tutulub, yeni şişlər var, çox pul lazımdır"  - Əməkdar artist


“Səhhətim ağırdır, çox maddi vəsait lazımdır”.

"Medicina" xəbər verir ki, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.


“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə, dərmanlarla zaman qazanmağa çalışıram.

“Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüflər olsun ki, kimsə maddi yardım etmir”.

Aktrisa ağıllı dərmana davam etmək istədiyini bildirib.