Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayının parçaladığı kişinin üzü bərpa edildi

  • 2025.06.05 19:03
  • 150 Baxış
Ayının parçaladığı kişinin üzü  bərpa edildi




Primoryedə həkimlər ayının hücumuna məruz qalan kişinin üzünü bərpa ediblər.

“Medicina” xəbər verir ki, 2 saylı regional klinik xəstəxanadan verilən məlumata görə, 32 yaşlı kişi üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Xəstənin orta-ağır vəziyyətdə üzündə, başında, bədənində kəsiklər və üz sümüklərinin zədələnməsi var idi.

Zərərçəkmiş Çuqev xəstəxanasında stabil vəziyyətə gətirilib və iki gün sonra Vladivostoka aparılıb.

Orada zədələr müayinə olunub, KT çəkilib, cərrahlar üz sümüklərinin osteosintezini həyata keçiriblər. Onlar titan plitələrlə birləşdirildi və üzdəki kobud çapıqları minimuma endirmək üçün yaralar müalicə edildi.


Aygün Musayeva