Aytən Səfərova etdiyi qəzadan danışdı - "Günahım yoxdur, kadrları göstərmirlər"

  • 2024.05.14 15:53
  • 539 Baxış
Aytən Səfərova etdiyi qəzadan danışdı   -  "Günahım yoxdur, kadrları göstərmirlər"

Aparıcı Aytən Səfərova ilk dəfə keçirdiyi və bir nəfərin ölümünə səbəb olan qəzadan danışıb.

"Medicina" xəbər verir ki, aparııc neçə vaxtdır qəza görüntülərini əldə edə bilmir:

"Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır, məşhurdur deyə kadrları ört-basdır edir. Bu sakitçilikdən özümün də xoşum gəlmir. Kadrları özüm də görmüşəm və günahım yoxdur. İlk vaxtdan ailəmə, yaxınlarıma necə demişəmsə, elədir. Səhər 7-də işə gedirəm, 16 ildir gedib-gəldiyim yoldur. İşıqfora yaxınlaşanda sürəti azaldıram, 60-65 idi, qarşıma isə CİP çıxır. Gəlir, sürətlə dönməyi bir tərəfə, hələ qazı basır. Düz get göstəricisi olan xəttən dönməsi bir yana, qırmızı işıqda dönür. Kadrları gördüm, amma əldə edə bilmirəm. Niyə, məqsəd nədir? İstintaq sirridir, dövlət sirri deyil axı. Ölüm halıdır, istintaq gedir. Niyə kadrlar ictimailəşmir? Mənə niyə verilmir? Vaxt getdikcə hiss edirəm ki, yaxşı qoxu gəlmir. Üfunətin qarşısını almaq istəyirəm. Haqqımdı kadrı əldə etmək. Korrupsiya ilə mübarizə aparan dövlətdə yaşayırıq. Ölkə başçısı deyir ki, vətəndaşın hüququ qorunmalıdır. Mənim haqqım kadrları görməkdir".

A.Səfərova Ölkə başçısına müraciət etdiyini söyləyib:

"Prezident İlham Əliyevin adına, Baş Prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlamışam. Aytən Səfərovanın işinə obyektiv yanaşma olsun. Məşhurdur deyə, onu məsuliyyətə cəlb edək psixologiyasından uzaq olacaq". /axsam.az/