Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 yaşlı uşaq qəfil öldü – Uşaq insultu necə olur?

  • 2024.05.16 11:51
  • 6248 Baxış
12 yaşlı uşaq qəfil öldü  – Uşaq insultu necə olur?

Rusiyanın Balaşix əyalətində 12 yaşlı şagird qəfil ölüb. Onun ölüm səbəbi kimi insult göstərilib. Lakin valideynləri uşağın bu günə qədər sağlam olduğunu deyib.


“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya uşaq insultunun özəlliyini açıqlayıb:

“Uşaq insultu var, o 1-18 yaş arası dövdə pasiyentləri zədələyir.

Uşaqda çox zaman bu əlamətlər ola bilər:

- Epilepsiya, qıcolmalar
- Daimi baş ağrısı
- Qusma, ürəkbulanma
- Yuxululuq
- Əl-ayağın zəifləməsi

Böyüklərdən fərqli olaraq, uşaqlarda daha çox işemik insult olur, bu da damar tıxanmasıdır.

Bundan başqa uşaqlarda bu damar anomaliyaları ola bilər:

- Arteriyaların yırtılması və anevrizma
- Vaskulitlər
- Qan xəstəlikləri – Hemofiliya, Verlqof xəstəliyi


Artıq insultun əlamətləri elə böyüklərdəki kimidir:

- Kəskin baş ağrısı
- Huşun itməsi
- Ayaqların tutulması
- Qusma
- Ürək döyüntüsü
- Yuxululuq
- Nitqin pozulması
- Udmanın pozulması

Aygün Musayeva