23 yaşlı oğlanın ayaq barmaqlarını əlinə tikdilər - FOTOLAR

  • 2024.06.06 16:16
  • 843 Baxış
23 yaşlı oğlanın ayaq barmaqlarını əlinə tikdilər -  FOTOLAR
Türkiyənin Konya şəhərində fəhlə işlədiyi avtomobil ehtiyat hissələri istehsal edən fabrikdə 350 tonluq pres aparatının düşməsi nəticəsində iki baş barmağını itirən 23 yaşlı Enes Çelikin hekayəsi hər kəsi təəccübləndirir.

Medicina.az xəbər verir ki, 9 ay əvvəl baş verən hadisədən sonra Enesin iki baş barmağı ayağından çıxarılaraq uğurlu əməliyyatla əlinə köçürülüb.

“Ötən sentyabrda iş qəzası keçirdim. Hər iki əlimin baş barmağına 350 tonluq pres düşdü. Barmaqlarım dibindən qopmuşdu, ümidim yox idi. İlk müdaxilədən sonra sonra bu əməliyyatı mənə tövsiyə etdilər. Qəbul etdim. Bunun qeyri-mümkün olduğunu düşünsəm də, hazırda əvvəlki kimi hər şeyi özüm edə bilirəm. Ağrım yoxdur, çəki qaldıra, yazı yaza bilirəm. “Düzünü desəm, daha pisini gözləyirdim, amma indi nə istəsəm, edə bilərəm”, - deyə 23 yaşlı gənc deyib.

Həkim Harun Kütahya isə əməliyyatla bağlı bunları söyləyib:

“İş qəzalarında əl zədələri kifayət qədər tez-tez baş verir. Əlin funksiyalarını bərpa etmək üçün, mümkünsə, kəsilmiş əzalar replantasiya dediyimiz bir proseslə bir-birinə tikilə bilər. Ancaq bunun mümkün olmadığı hallarda funksiyaları bərpa etmək və xəstəni həm gündəlik həyata, həm də iş həyatına qaytarmaq üçün bəzən ayaqdan əl nəqli kimi orqan nəqli prosedurlarının yerinə yetirilməsi lazım ola bilir. Pasiyentimiz 2023-cü ilin sentyabr ayında iş qəzasından sonra hər iki əlinin baş barmaqlarının kəsilməsi ilə bizə müraciət etdi. Ardıcıl olaraq hər iki ayaqdan hər iki ələ baş barmağın transplantasiyasını həyata keçirdik. Yaraların sağalması və sümüklərin qaynaşmasından sonra fizioterapiyaya başladıq. Təxminən 6 ay müddətində onun əlinin funksiyaları geri gəldi, gündəlik tapşırıqları yerinə yetirə bildi”.




Aysel