42 yaşlı prokurorluq əməkdaşı qəfil vəfat etdi

  • 2024.04.20 15:32
  • 598 Baxış
42 yaşlı prokurorluq əməkdaşı   qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.


"Medicina" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib.

Onun yaşadığı evdə ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, mərhum Bakı Dövlət Universitetinin hüquq fakültəsinin həm bakalavr, həm magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib, prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb.