“Avtoş Dönər”dəki ətdə bakteriya aşkarlandı - FOTO

  • 2024.07.09 17:08
  • 414 Baxış
“Avtoş Dönər”dəki ətdə bakteriya aşkarlandı -  FOTO
Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bəhlul Sərvər oğlu Məmmədova məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

Agentlikdən Medicina.az -a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu aşkarlanıb. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.


Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
“Avtoş Dönər”dəki ətdə bakteriya aşkarlandı -  FOTO
“Avtoş Dönər”dəki ətdə bakteriya aşkarlandı -  FOTO
“Avtoş Dönər”dəki ətdə bakteriya aşkarlandı -  FOTO