Azərbaycanda ana oğluna böyrəyini bağışladı - FOTO

  • 2024.07.04 13:22
  • 497 Baxış
Azərbaycanda ana oğluna böyrəyini bağışladı -  FOTO
Azərbaycanda ana oğluna böyrəyini bağışlayıb.

Medicina.az xəbər verir ki, bu barədə transplantoloq, cərrah Dr. Tariyel Nadirov məlumat verib.



“6 gün öncə həyata keçirdiyimiz böyrək nəqli ilə daha bir xəstəmiz sağlam həyata qovuşdu. Anasının bağışladığı böyrəyi uğurla oğluna nəql etdik. Laparoskopik (qapalı) üsulla nefrektomiyası icra olunan donorun böyrəyinin iki sidik axarı var idi. Hər iki sidik axarı ayrı ayrılıqda sidik kisəsinə tikildi. Əməliyyatdan sonraki dövr problemsiz keçdi.Əməliyyatdan 3 gün sonra donoru, 6 gün sonra isə xəstəmizi evə göndərdik”, - deyə o qeyd edib.

Cərrah qeyd edib ki, artıq bütün dünyada donor əməliyyatları laparoskopik (qapalı üsulla) icra edilməkdədir.


Aysel