Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusun hansı ştamı yayılıb? - Təyyar Eyvazov açıqladı

  • 2024.09.20 11:03
  • 1487 Baxış
Azərbaycanda koronavirusun hansı ştamı yayılıb? -  Təyyar Eyvazov açıqladı
Azərbaycanda koronavirusla bağlı epidemioloji durum sabitdir. Ölkədə rast gəlinən əsas ştam "Omikron"un müxtəlif altnövləridir. Virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam etməkdədir.

Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hansısa bir alt növün yayılma səviyyəsinin sekvenləşmə vasitəsilə müəyyən edilməsi hazırda infeksiya ilə mübarizə və əksepidemik tədbirlərin planlaşdırılması baxımından praktik əhəmiyyət kəsb etmir:

"Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronavirusa qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir".