Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın tanınmış cərrahı vəfat etdi

  • 2024.06.20 18:07
  • 1210 Baxış
Azərbaycanın tanınmış  cərrahı   vəfat etdi

Azərbaycanın Üz-Çənə Cərrahiyyəsi üzrə qocaman həkimlərdən biri Yunis Yusubov bu gün vəfat edib.

"Medicina" xəbər verir ki, kolleqaları onu Üz-Çənə cərrahiyyəsiinn "babası" hesab edirdi.

Tibb elmləri doktoru, professor Yunis Əmiraslan oğlu Yusubov 1942-ci ildə anadan olub.

1999-cu ildən Beynəlxalq Üz-Çənə Cərrahlar Assosiasının, 1997-ci ildən Azərbaycan Stomotoloji Assosiasiya Şurasının üzvü və cərrahi stomatologiya bölməsinin rəhbəridir. 1996-cı ildə ilk dəfə olaraq Azərbaycan dilində cərrahi stomatologiya üzrə dərslik çap etdirib.

Professor Y.Ə. Yusubovun üz-çənə cərrahiyyəsində bir sıra yeni orijinal cərrahi üsullara patent almaqla gündəlik təcrübədə geniş tətbiq olunur.

Allah rəhmət eləsin!


Azərbaycanın tanınmış  cərrahı   vəfat etdi