Bacı qardaş dəm qazından zəhərləndi

  • 2024.05.15 16:37
  • 489 Baxış
Bacı qardaş dəm qazından zəhərləndi

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır.

"Medicina" xəbər verir ki, Boyat kənd sakinləri Emil Emin oğlu Hümbətov və Filiz Emin qızı Hümbətova dəm qazından zəhərləniblər.

Məlumata əsasən, zəhərlənmə nəticəsində E.Hümbətov ölüb, F.Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.