Bu iki ədviyyatı qarışdırıb istifadə edənlər möcüzəyə şahid olur – Dietoloq tövsiyəsi

  • 2024.05.20 19:40
  • 790 Baxış
Bu iki ədviyyatı qarışdırıb istifadə edənlər möcüzəyə şahid olur –  Dietoloq tövsiyəsi
Bədəndə infeksiyanın qarşısını almaq, toxuma və sistemlərin sağlamlığını qorumaq kimi bir çox faydası olan sarıkökü qara istiotla birlikdə istifadə etdikdə təsirini 2 min dəfə artırdığını bilirdinizmi?

Medicina.az xəbər verir ki, dietoloq Derya Eren bu iki ədviyyatı birlikdə istifadə etməyin üstünlüklərini izah edib.

Onun sözlərinə görə, sarıkök dəri problemlərindən oynaq xəstəliklərinə, hətta öskürək və soyuqdəymə kimi yuxarı tənəffüs yolları nasazlıqlarına qədər geniş bir sahədə istifadə olunur.

“Qara istiotun tərkibindəki piperin sayəsində sarıkökün tərkibindəki kurkuminin təsiri 2 min dəfə artır. Bu şəkildə kurkuminin udulması da asanlaşır. Yəni bu iki ədviyyat birlikdə istehlak edildikdə sarıkökdən maksimum fayda əldə edilir”, - deyə dietoloq bildirib.

Sarıkökün faydalarından bəhs edən D. Eren çağın xəstəliyi olan Alzheimer xəstəliyi ilə də bu ədviyyat sayəsində mübarizə aparmağın mümkün olduğunu deyib:

“Alzheimer zülal lövhələrinin yığılması nəticəsində beyin hüceyrələrinin ölümü ilə nəticələnən koqnitiv xəstəlikdir. Sarıkökdəki kurkumin həm oksidləşdirici stresi azaltmaqla, həm də zülal yığılmasının qarşısını alaraq Alzheimer xəstəliyinin inkişafını və irəliləməsini yavaşladır”.

Dietoloq sarıkökün diabet xəstələrində insulin balansını da dəstəklədiyini ifadə edib:

“Orqanizmdə insulin həssaslığını artıran kurkuminin fermentativ reaksiyalara təsir edərək fayda təmin etdiyi düşünülür”.

Sarıkök və qara istiot birlikdə istifadə edildikdə aşağıdakı təsirləri göstərir:

- Ürək xəstəliklərindən qoruyur.

- Qripə qarşı müqaviməti artırır

- Piylənməni azaldır

- Prostat xərçənginin qarşısını alır.

- Depressiya zamanı faydalıdır.

- Oynaq ağrılarına yaxşı təsir edir.

- Menstruasiya dövrünü daha asan keçirməyə kömək edir.

- Yaraların tez sağalmasına səbəb olur.

D. Eren sarıkökün müxtəlif tibbi faydaları olmasına baxmayaraq, onun nəzarətsiz istehlakının zərərli ola biləcəyini vurğulayıb:

“Xroniki xəstəlikləri olan və ya birdən çox dərman növündən istifadə edən insanlar diqqətli olmalıdırlar. Onlar əks təsirlərə məruz qala bilərlər və ya ədviyyat dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Ona görə də bu insanlar əvvəlcə həkimləri ilə məsləhətləşməlidirlər”.


Aysel