Bu ölkədə taun tüğyan edə bilər – Əhaliyə xəbərdarlıq edildi

  • 2024.07.04 16:16
  • 593 Baxış
Bu ölkədə taun tüğyan edə bilər –  Əhaliyə xəbərdarlıq edildi
Monqolustanın Səhiyyə Nazirliyi 15 vilayətin 81 rayonunda tauna yoluxma riskinin yüksək olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, nazirlik əhaliyə çöl marmotlarının ovlanmasının, onların ətini yeməyin və dərisini evdə saxlamağın qadağan olunduğunu xatırladıb.

Bildirilib ki, bubon taununun əsas səbəbi marmotlardır. Odur ki, tarbaqanların (monqol marmotu) ovlanması qadağan edilib.

“Uşaqların tarbaqan yuvalarının yanında oynamasına icazə verməyin”, - deyə xəbərdarlıqda qeyd edilib.
Həmçinin xatırladılıb ki, axsaq və ya ölü marmota toxunmaq olmaz. Onlar aşkar edilərsə, vətəndaşlardan təcili olaraq tibb və epidemioloji qurumlara məlumat vermələri xahiş olunub.

Bundan əvvəl Rusiya sərhədi yaxınlığında olan Xuvsqul vilayətində bubon taunun təbii ocaqlarının aktivləşməsi təhlükəsinin yarandığı bildirilmişdi.

Qeyd edək ki, Monqolustanda insanlar çiy marmot əti yeməyə üstünlük verirlər. Buna görə də ölkədə tauna yoluxma hallarına tez-tez rast gəlinir.


Aysel