Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur həkim Rəhimə Atəş necə fizioterapevt oldu? - Sənədlərin izi ilə...

  • 2025.02.28 17:55
  • 2070 Baxış
Məşhur həkim Rəhimə Atəş necə fizioterapevt oldu?    -  Sənədlərin  izi ilə...


Azərbaycanda təkcə plastik cərrahiyyə yox, digər ixtisaslarda da diplom və sertifikasiya məsələsi gündəmdədir.


“Medicina” xəbər verir ki, bu dəfə tanınmış fizioterapevt, böyük özəl klinikalarda fizioterapiya şöbəsində çalışmış, sonradan öz mərkəzini quran Rəhimə Atəşin haqqında bəzi məlumatlar yayılıb.


Yayılan sənəddə Rəhimə Atəşin özəl ali məktəbi bitirməsi əsas gətirilərək, onun hansı əsaslarla həkim fizioterapevt kimi fəaliyyət göstərməsi müzakirə mövzusu olub.

Rəhimə Atəşin hələ 2008-ci ildə Odlar Yurdu Universitetini həkim bioloq ixtisası üzrə bitirdiyi faktı məlumdur.
Rəhimə Atəş özü barədə məlumatlarda isə Türkiyənin İstanbul və Ankara şəhərlərindəki nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışdığını qeyd edib, Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşıb.

2015-ci ildə Darüşşafaka fizioterapiya və reabilitasiya mərkəzində təkmilləşmə kursu keçərək həmin mərkəzdə müşahidəçi həkim olaraq çalışıb.

O, bir müddət karyerasının başlanğıcında Şəmkir xəstəxanasında da işləyib.

Onun Azərbaycanda məhz həkim fizioterapevt kimi çalışmasına icazə verən xüsusi sertifikatının olmadlğı bildirilirdi.



Medicina.az əldə etdiyi sənədlərə görə, Rəhimə Atəş Odlar Yurdu Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin internaturasını keçərək, həkim fizioterapevt ixtisasını seçib.

İlkin yayılan diplom fotosundan göründüyü kimi , ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin vəsiqəsi təqdim edilib.

Eləcə də 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya sənədini almaq üçün sertifikasiya imtahanı verib.


Apardığımız araşdırma zamanı məlum oldu ki, Odlar Yurdu Universitetində tibbi təhsil ixtisasının açılması və tədris edilməsi, tələbə qəbulu prosesi o dövür üçün mövcud qanunvericilik, lisenziya və icazə əsasında olub.

Tibb təhsilini Avropa və qonşu Türkiyədə də təkcə dövlət universitetləri yox, eləcə də özəl universitettlər verir və bu universitetlərin verdiyi diplom dövlət nümunəli sənəd hesab edilir.

Əldə etdiyimiz sənədlərdən görünür ki, Rəhimə Atəşə həmçinin Səhiyyə Nazirliyi tərəfindən 2021-ci ildə 5 illik sertifikasiya sənədi verilib.

Araşdırmaları davam etdiririk..

Aygün Musa
Medicina.az