Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğuşa nəzarət həbləri qadınlarda depressiya riskini artırır

  • 2024.07.16 23:51
  • 1886 Baxış
Doğuşa nəzarət həbləri qadınlarda  depressiya riskini artırır
Hormonal kontraseptivlər depressiya riskini artıra bilər.

Medicina.az xəbər verir ki, bunu “The Conversation”a açıqlamasında neyrobioloq Natali Tronson deyib.

O, qadınların təxminən 10%-i üçün dərmanların depressiya riskini artıra biləcəyini söyləyib.

“Bu, dərmanların tərkibindəki estrogen və progesteron hormonlarının beyin sağlamlığında mühüm rol oynaması ilə bağlıdır. Onlar menstruasiya dövrünü, yaddaşı və duyğuları tənzimləmək üçün xüsusi molekullara bağlana bilərlər.

Tədqiqatlar estrogen və progesteronun stresə reaksiyanı tənzimlədiyini göstərib. Hormonal dərman qəbul edən qadınlar soyuq suya girdikdə və ya ictimai yerlərdə çıxış edərkən daha çox kortizol ifraz ediblər”, - mütəxəssis bildirib.

Bununla belə, neyrobioloq qeyd edib ki, stresə reaksiyanın dəyişməsi depressiya riski ilə birbaşa əlaqəli deyil:

“Buna görə də hormonal dərman qəbul edən hər 10 qadından 9-da depressiyaya düşmə riski yoxdur”.

Natali Tronson doğuma nəzarət həbləri qəbul edən qadınlarda depressiyanın inkişafına başqa hansı amillərin təsir göstərdiyinin hələ də məlum olmadığını etiraf edib.


Aysel