Dünyanın ən asan pəhrizi: şokolad yeyərək arıqlayın!

  • 2024.05.20 15:37
  • 826 Baxış
Dünyanın ən asan pəhrizi:  şokolad yeyərək arıqlayın!
Yay üçün ən qısa zamanda arıqlamağın yollarını axtaranların köməyinə şokolad pəhrizi gəlir.

Medicina.az bir çox insanın sevimli pəhrizinə çevrilən şokolad dietinin təfərrüatlarını təqdim edir:

Bu pəhrizlə arıqlamaq üçün əvvəlcə düzgün şokolad seçimi etmək lazımdır. Tərkibində 50 faiz kakao, 30 faiz yağ və çox az şəkər olan şokoladlar pəhriz üçün daha uyğundur. Çünki onların tərkibində daha az kalori olur.

Bəzi ekspertlər tünd şokoladın pəhriz zamanı motivasiyanı artırdığını və stressi azaltdığını bildirirlər.

Səhər yeməyi: 150 ml yağsız qatıq, 20 q tünd şokolad, 100 ml kefir

Nahar: 50 q tünd şokolad

Qəlyanaltı: 200 ml kakao əsaslı içki

Şam yeməyi: 30 q tünd şokolad

Yatmazdan əvvəl qəlyanaltı: 150 ml kefir və ya yağsız qatıq

Hamiləsinizsə, ürək və ya mədə xəstəlikləriniz varsa, bu pəhriz sizə uyğun deyil, siz mütləq mütəxəssisə müraciət edərək arıqlamalısınız.

Şokolad pəhrizinin müddəti bir həftədir. Pəhriz zamanı yeməklər arasında su içməyi unutmayın. Pəhrizdə yer almayan digər mayelər qadağandır. Su içmək və şokolad yemək arasında ən azı bir saat fasilə verin.

Təbii ki, bu pəhrizi idmanla da dəstəkləmək lazımdır.


Aysel