Erkən yaşda hava və səs çirkliliyinə məruz qalmaq psixoloji pozğunluq riskini artırır

  • 2024.05.31 16:22
  • 748 Baxış
Erkən yaşda hava və səs çirkliliyinə məruz qalmaq  psixoloji pozğunluq riskini artırır
İngiltərənin Bristol Universitetində aparılan araşdırmalar erkən yaşlarda hava və səs çirkliliyinə məruz qalmağın psixoloji pozğunluq riskini artırdığını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc edilən tədqiqat çərçivəsində hava və səs çirkliliyi ilə psixoloji pozğunluqlar arasındakı əlaqə araşdırılıb.

İngiltərədə 1991-1992-ci illərdə hamilə qadınlarla başlayan uzunmüddətli araşdırmada 12 yaşına qədər hava və səs çirkliliyinə məruz qalan 9 065 uşağın tibbi nəticələri təhlil edilib. Sözügedən uşaqların 13, 18 və 24 yaşlarında olan psixoloji durumları ana bətnindən bəri məruz qaldıqları hava və səs çirkliliyi səviyyəsi ilə müqayisə edilib.

Nəticələr göstərib ki, iştirakçıların təxminən 19,5 faizi psixotik vəziyyətlə üzləşib, təxminən 11,4 faizi depressiya, təxminən 9,7 faizi isə təşviş pozuntusu yaşayıb.

Tədqiqatçılar “PM2.5” adlanan maddədəki kiçik bir artımın belə daha çox psixotik təcrübə və depressiya ilə əlaqəli olduğunu bildiriblər.

"Uşaqlıq, yeniyetməlik və erkən yetkinlik psixiatrik pozğunluqların inkişafı baxımından kritik dövrlərdir", - deyə tədqiqatçı Coen Nyuberi bildirib.


Aysel