Gənclərin 75 faizi sosial şəbəkələrdə kiberbulinqə məruz qalır

  • 2024.05.03 16:11
  • 408 Baxış
Gənclərin 75 faizi sosial şəbəkələrdə   kiberbulinqə məruz qalır

“Hər otuz gəncdən biri kiberbulinqə məruz qalır”.


"Medicina" xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “İctimai proseslər media müstəvisində” Forumunda çıxışı zamanı deyib.

“30 ölkədə gənclər arasında bir sorğu keçirilmişdi və məlum olmuşdu ki, hər 30 gəncdən biri kiberbulinqə məruz qalır. Bu çox ciddi bir rəqəmdir. Araşdırma aparılan gənclər arasında onların 75 faizi məhz sosial şəbəkələr üzrə kiberbulinqə məruz qaldıqlarını qeyd etmişlər.


Kiiberbulinqə məruz qalanların çoxu məktəblilərdir. Onların da 20 faizi məhz kiberbulinqin nəticəsində məktəbə, universitetə getməkdən imtina etmiş şəxslərdir. Kiberbulinq çox ciddi təhlükə olaraq gənclərin həm psixoloji vəziyyətinə təsir edir, həm də onların gələcəyi üçün böyük maneə törədir. Bu istiqamətdə ciddi işlər görülməlidir”.

MEDİCİNA.AZ