Yerimədə və qidalanmada çətinlik, nitq pozğunluğu, yuxu problemləri…
7 ildir Parkinson xəstəliyindən əziyyət çəkən pasiyent bu və digər problemlərlə yaşamağa çalışırdı. Xəstə son illərdə gün ərzində hətta 12 ədəd Parkinson əleyhinə preparat qəbul edirdi. Buna baxmayaraq xəstədə hərəkət pozuntuları və gündəlik fəaliyyətlərdə çətinliklər getdikcə daha da artmağa başlamışdı.
Medicina.az xəbər verir ki, xəstəyə inteqrativ müalicə prosesi çərçivəsində bioloji tənzimləyici terapiya tətbiq edilib. İnteqrativ Tibb Mütəxəssisi qeyd edir ki, müalicə nəticəsində pasiyentin vəziyyətində stabillik müşahidə olunub. Hazırda pasiyentin gündəlik fəaliyyətinə və işinə davam etdiyi, özünü daha yaxşı idarə edə bildiyi vurğulanır.
Xəstəliyin əsas motor əlamətləri arasında hərəkətlərin yavaşlaması,
tremor və əzələ rigidliyi yer alır.
Mütəxəssis bildirir ki, inteqrativ tibb yanaşmasında Parkinson və digər degenerativ
sinir sistemi xəstəliklərində pasiyentin vəziyyətinə fərdi və kompleks yanaşma tətbiq olunur. Müalicə strategiyasının xəstənin fərdi xüsusiyyətləri və mümkün səbəblər nəzərə alınmaqla müəyyənləşdirildiyi qeyd edilir.
7 illik Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentin hekayəsini və müalicə prosesi ilə bağlı detalları bu linkə daxil olaraq izləyə bilərsiniz.