Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həftədə 5 kq arıqladan ədviyyat

  • 2024.06.20 16:16
  • 1048 Baxış
Həftədə 5 kq arıqladan ədviyyat
Ədviyyatlar piylənmə ilə mübarizədə effektiv vasitələrdən biridir. Üstəlik mütəxəssislər tərəfindən də tövsiyə olunurlar.

Medicina.az xəbər verir ki, yay aylarında bir çox insan artıq çəkidən qurtulmağın yollarını axtarır. Yayın gəlişi ilə qısa müddətdə arıqladan üsulları populyarlaşır.

Mütəxəssislərin çoxu qısa müddətdə tez arıqlamağa çalışmağın sağlam üsul olmadığını desələr də, bir çox insan heç olmasa bədənindəki ödemdən xilas olmaq istəyir. Bunun üçün ən yaxşı vasitələrdən biri darçın ola bilər. Bu ədviyyat çəki atmağa kömək etməklə yanaşı, qan şəkərini də tarazlayır.

Darçının yağ yandırıcı xüsusiyyəti də insanları cəlb edir. Digər tərəfdən, darçının tərkibindəki aktiv komponentlər maddələr mübadiləsini sürətləndirir və həddindən artıq yemək istəyinin qarşısını alır.

Darçınla arıqlamaq üçün etməli olduğunuz proses olduqca sadədir. Yeməkdən 1-2 saat əvvəl darçınlı su istehlak edərək, porsiyanızın ölçüsünü idarə edə, aclıq hissini azalda və yağ yandırılmasını sürətləndirə bilərsiniz. Darçınlı suyu səhərlər acqarına da istehlak edə bilərsiniz. Dietoloqlar bu üsulla həftədə 5 kiloqram arıqlamağın mümkün olduğunu bildirirlər. Əlbəttə bunda yay aylarında ağır yeməklərin yerini meyvə və tərəvəzin, bol mayenin almasının da rolu var.


Aysel