Həkimlər tövsiyə edirlər: Əməliyyatdan sonra bu meyvə yeyilməlidir

  • 2024.07.01 11:41
  • 714 Baxış
Həkimlər tövsiyə edirlər:  Əməliyyatdan sonra bu meyvə yeyilməlidir
Ananas bir çox faydalı xüsusiyyətləri ilə diqqət çəkən meyvə olsa da, ən böyük faydası şiş və ödemi yox etməsidir.

Medicina.az xəbər verir ki, hətta həkimlər əməliyyatdan sonra meydana gələn şiş və ödem üçün belə bol miqdarda ananas istehlak etməyi məsləhət görürlər.

Ödem bədəndə həddindən artıq maye yığılması nəticəsində toxumaların şişməsidir.

Adətən bu proses əl və ayaqlarda, dərinin alt qatında baş verir. Lakin bədənin digər hissələrində də müşahidə oluna bilər.

Ödemdən yalnız estetik baxımdan xoş görünmədiyi üçün yox, həm də sağlamlıq üçün zərərli olduğundan xilas olmaq lazımdır.

Ödemdən xilas olmaq üçün hər gün bir dilim ananas yemək kifayətdir.

Ananasın tərkibində bromelain adlı təbii ferment var. Bromelain iltihab əleyhinə xüsusiyyətlərə malikdir, bu da toxumalarda şişkinliyi və ödemi azaltmağa kömək edir. Bu ferment, xüsusilə zədələr və ya cərrahi əməliyyatlardan sonra ödemi azaltmaqda təsirli ola bilər.

Ananasın yüksək su tərkibi bədənin nəm balansını qoruyur və toksinləri çıxarır.


Aysel