İşdən çıxarılan cərrah Apellyasiyanı da uddu – "9600 manat əmək haqqımı ödəməlidirlər"

  • 2024.05.07 15:46
  • 720 Baxış
 İşdən çıxarılan cərrah Apellyasiyanı da uddu  – "9600 manat əmək haqqımı ödəməlidirlər"

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev Tibb mərkəzinin direktoru Fazil Alməmmədovu məhkəməyə verib.


Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb və direktoru cərimə edib.


"Medicina" xəbər verir ki, məsələ ilə bağlı həkim Bakupost.az –a açıqlama verib.

O, artıq Apellyasiya instansiyasını da qazandığını bildirib.

“Hakim Fuad Talışınskinin sədrliyi ilə məhkəmə birinci qərarı qüvvədə saxladı. Dövlətimizin qanunlarına güvənirdim. Hər iki tələbim təmin edildi. İndi görək F. Alməmmədov hansı maneəni yaradacaq? Mən 2017-ci ildən bəri çalışdığım xəstəxanaya qayıtmağa hazırlaşıram. Mayın sonu işə çıxmaq istəyirəm.

Mənim direktorla heç bir şəxsi qərəzliyim yoxdur. Amma o bütün həkimləri istismar etmək yolunu tutub. Həkimləri əzmək olmaz. Mən bilmirəm ki, onun mənlə problemi nədir. Dövlətin ali qurumunun verdiyi qərarlara riayət etmək istəmir? Sübut etdim ki, peşəmi şərəflə icra etmişəm və müharibədə can qoyan cərrahı 70Ç bəndi ilə işdən belə çıxarmaq hörmətsizlikdir”.

Anar Mehdiyev 8 aydır işsiz olduğunu bildirib, bu müddət ərzində yığılmış 9600 manat əmək haqqının da ödənilməsini tələb edir.


Aygün Musayeva
BakuPost