Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur "Semaşko"nun 110 yaşı oldu- 10 ilə tikilən xəstəxananın taleyi

  • 2024.10.07 17:16
  • 1246 Baxış
Məşhur "Semaşko"nun 110 yaşı oldu - 10 ilə tikilən xəstəxananın taleyi
Kliniki Tibbi Mərkəzin fəaliyyətə başlamasının 110-cu ili tamam olur.????

"Medicina" xəbər verir ki, bu qədim tibb ocağı XX əsrin əvvəllərində Bakı milyonçusu Ağa Musa Nağıyev tərəfindən tikdirilib.

Musa Nağıyev 1900-cü illərdə Moskva, Peterburq, Hamburq, Berlin və digər böyük şəhərlərdə xəstəxana tikinti layihəsini həyata keçirməklə məşhurlaşan memar Bayevi Bakıya dəvət edir, tikinti işləri təxminən 10 il davam edir.


1914-cü ildə tikintisi başa çatdırılan xəstəxanada 250 çarpayı cərrahi xəstəliklər, 400 çarpayı daxili xəstəliklər, 250 çarpayı infeksion xəstəliklər, 50 çarpayı dəri-zöhrəvi xəstəlikləri və 50 çarpayı əsəb xəstəliklərindən müalicə olunacaq xəstələr üçün nəzərdə tutulub.

Xəstəxananın tikinti materiallarında antibakterial materiallardan - gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Tavanın 5 metrə yaxın hündürlüyü, pəncərələrin çox geniş, böyük olması və s. bu kimi şərtlər milyonçunun istəyi əsasında qurulub.

Təəssüf ki, məşhur milyonçunun vəsaiti ilə tikilən bu tibb ocağı çox qısa bir müddətdə - 6 il Ağa Musa Nağıyevin adını daşıyıb. Sovet işğalının ardından isə xəstəxananın adı dəyişdirilib vəRusiyanın ilk səhiyyə komissarı Nikolay Semaşkonun şərəfinə onun adı verilib.

Beləliklə, xəstəxana 1920-ci ildən 1990-cı illərə kimi “Semaşko” adı ilə tanınıb və ötən 70 ildə Azərbaycanda məşhurlaşıb.

TƏBİB fəaliyyətə başlayandan sonra isə rəsmi olaraq adı Kliniki Tibbi Mərkəzdir, direktoru isə uzun müddətdir Könül Ələkbərovdur.

Aygün Musayeva